Taliban liderinin öldürüldüyü təsdiqləndi!

Taliban rəsmiləri: "Məsud ölsə də bunun mübarizəmizə təsiri olmayacaq"
FaktXəbərin "Associated Press" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu ölkədəki Taliban təşkilatı lideri Beytulla Məhsudun öldürüldüyü xəbəri artıq rəsmi olaraq təsdiqlənib. Verilən məlumata görə, bu ölkədəki terror təşkilatı olan "Taliban" təşkilatına liderlik edən Beytulla Məhsudun öldürüldüyü xəbəri rəsmi olaraq açıqlanıb. Məlumat üçün bildirək ki, Pakistan rəsmilər bir neçə gün əvvəl ABŞ əsgərlərinin endirdiyi raket zərbələri nəticəsində Məsudun öldüyü haqda məlumat versələr də, bu haqda əllərində tutarlı sübutların olmadığını da açıqlamışdılar.Nəzərinizə çatdıraq ki, Beytulla Məhsudun öldürüldüyü xəbəri, Pakistan Xarici işlər Naziri Şahmahmud Qureyşi tərəfindən də təsdiqlənib.

Xatırladaq ki, "əgər Pakistandakı Taliban lideri öldürülübsə, bu, təşkilatın Əfqanıstandakı cihad əməliyyatına təsir etməyəcək. Biz eyni amal üçün mübarizə aparan qardaşlarımıza hörmət edirik, amma Əfqan hökumətinə və müttəfiqlərinə qarşı mübarizəmiz davam edəcək”- deyə Taliban rəsmisi Zabiullah Mücahid bildirib.


В этом разделе