Hakimulla Məsudun ölü və ya dirisi üçün 600 milyon dollar veriləcək
Pakistan hakimiyyəti yerli “Taliban”nın 19 üzvünün, o cümlədən taliblərin lideri Hakimulla Məsudun tutulması üçün mükafat təyin edib. İslamabad onların tutulması və yaxud olduqları yer barədə informasiyaya görə ümumilikdə 5 milyon dollar təklif edir.
Bu barədə məlumat yerli televiziyada elan edilib. H.Məsudun ölü və yaxud dirisi barədə məlumatı Pakistan hakimiyyəti 50 milyon rupi (600 min dollar) dəyərində qiymətləndirib.
Pakistan höküməti ”Taliban”ın rəhbərliyində digər iki nəfərin, əsasən kamikadzelərin hazırlanmasına cavadeh olan Vali-ur Rəhman və Kvar Hüseyn Məsudun tutulması üçün də eyni məbləğ təklif edib.
"Taliban"ın digər 11 komandiri üçün 20 milyon rupi (240 min dollar,',0), beş döyüşçünün hər birinin tutulması üçün isə 10 milyon rupi (120 min dollar) təyin edilib.
Qeyd edək ki, oktyabrın ortalarında Pakistan silahlı qüvvələri Cənubi Vəzirsitanda hücuma keçib. Əməliyyata 30 min əsgər cəlb olunub. H. Məsudun məhz həmin istiqamətdə gizləndiyi güman edilir. O, bu vəzifədə avqustda raket hücumu nəticəsində öldürülən Bəytulla Məsudu əvəz edir. /anspress/
В этом разделе
- Ayətullah Sistani müsəlmanları Livana dəstək verməyə çağırıb6 Августа, 2020
- Türkiyə ABŞ-dan Gülənin həbs edilməsi barədə sorğunun cavabını gözləyir28 Сентября, 2016
- İslandiyalı qızla evlənənə ayda 5000$ pul xəbəri yalandır!16 Сентября, 2016
- Belçikaya vəhhabilik necə gəldi?23 Марта, 2016
- Zika virusu - qlobal həyəcan siqnalı verildi!2 Февраля, 2016
- "İŞİD" Qərbə təhdid olmaqda davam edir1 Февраля, 2016
- "Şiəliklə Mübarizə Mərkəzi" adlı təşkilat yaradıldı18 Мая, 2015
- Bu gecə Mübarək "Məbəs" gecəsidir15 Мая, 2015
- Dünyanın 50-dən çox universitetində xanım Fatimə(ə) və xanım Məryəm(ə) anılıb11 Апреля, 2015
- İsrailin bütün səfirlikləri bağlandı25 Марта, 2014