Şri-Lankada tamillər və müsəlmanlar arasındakı qarşıdurma sona çatıb

Verilən məlumatlara görə, Şri-Lankada baş verən daxili çəkişmələrdə müsəlmanlar və Tamillər arasında yaranan gərginliyə son qoyulub. Verilən məlumatlara görə, Şri-Lankada baş verən daxili çəkişmələrdə müsəlmanlar və Tamillər arasında yaranan gərginliyə son qoyulub.

Belə ki, tamillər və müsəlmanlardan təşkil olunmuş 5 fraksiya dünən açıqlanan ortaq bəyanatda baş verən çəkişmələr zamanı yerlərindən didərgin düşmüş müsəlmanların öz evlərinə qayıtmaları haqda razılığa gəldiklərini elan edib. Sözügedən 5 fraksiyanın Tamil İctimai Təşkilatı, Demokrat Xalq Cəbhəsi, Şri-Lanka Müsəlmanları Konqresi, Tamil Birləşmiş Qurtuluş Cəbhəsi və Akila İllankai Tamil Birləşmiş Cəbhəsi olduğu bildirilib. Bu razılığın siyasi əməkdaşlığa təsir edəcəyi məsələsinə münasibət bildirən nümayəndələr bu haqda düşünməyin hələ tez olduğunu, lakin bu istiqamətdə işlər görüləcəyini diqqətə çatdırıblar.

/dunyabulteni/ 

/AzeriMuslims/


В этом разделе