Şotlandiya siyasətçiləri İsrail mallarının baykot edilməsini ölkənin bütün şəhərlərinə yönəldirlər.
Mashreghnews-un verdiyi xəbərə görə, Şotlandiyanın Fələstinlilərə Dəstək Bloku Qlazqo şəhərində fəaliyyətləri uğurlu alındıqdan sonra bu qənaətə gəlib. Bu barədə The Herald qəzeti məlumat yayıb.
Blokun əməkdaşları Qlazqoda fəaliyyət göstərən müsəlman mağazalarından İsrail mallarını satmamağı və onları vitrinlərdən götürməyi istəyiblər. /haqqyolu/