Bir gün ərzində ABŞ-da 300 nəfərdə «A H1N1» xəstəliyinin (donuz qripinin) əlamətləri aşkarlanıb. Dünyada isə 1000 nəfərdə bu əlamətlər qeydə alınıb. Bu barədə məlumatı Dünya Səhiyyə Təşkilatı yayıb. Bununla da ABŞ-da xəstəlik virusu daşıyıcılarının sayı 2050-ə çatıb. Qeyd edək ki, Amerikada bu xəstəlikdən 3 nəfər ölüb.
Qrip təhlükəsinin artması ilə əlaqədar Dubayın baş müftisi Şeyx Əbdüləziz Həddad da Ümrə ziyarətlərinin bir neçə həftə təxirə salınmasını tövsiyə edib. O bildirib ki, Səudiyyə Ərəbistanında qripə rast gəlinməsə də, hər gün Məkkə və Mədinəyə dünyanın dörd bir yanından onlarla adam gəlir. Həddad bu məsləhətinin kilsələr üçün də gərəkli olduğunu qeyd edib. /ANS PRESS/
Son bir gündə dünyada 1000 nəfərdə «donuz qripi»nin əlamətləri aşkarlanıb
Qrip təhlükəsinin artması ilə əlaqədar Dubayın baş müftisi Ümrə ziyarətlərinin bir neçə həftə təxirə salınmasını tövsiyə edib