Somali prezidentinə qarşı sui-qəsdə cəhd edilib

Verilən məlumatlara görə, Somalinin dövlət başçısı Şeyx Şərif Əhməd hava limanında təyyarəyə minərkən silahlı qruplaşmalar tərəfindən hücuma məruz qalıb Prezidentin Uqandada keçiriləcək zirvə toplantısında iştirak etmək üçün səfərə hazırlaşdığı bildirilib. Hadisədən sonra silahlı qruplaşmalarla hökumət qüvvələri arasında qarşıdurma baş verib. Nəticədə 30 nəfər həyatını itirib.

Məlumat üçün bildirək ki, hücum zamanı hava limanına topdan atəş açılıb. Mərmi ətrafdakı yaşayış binalarına da zərər vurub və nəticədə 60 nəfər ağır yaralanıb.

/dunyabulteni/

/AzeriMuslims/


В этом разделе