Koreya yarımadasında müharibə baş verəcəyi təqdirdə Şimali Koreya ilk raket zərbəsini Yaponiyanın paytaxtı Tokioya endirə bilər
Bu barədə Cənubi Koreyanın kəşfiyyat mənbələri məlumat yayıb, - "Deyerler" “İnterfaks”-a istinadən xəbər verir.
Eyni zamanda məlumatda bildirilir ki, Şimali Koreya hərbçilərinin sınağını həyata keçirəcəkləri raketləri Yaponiyanın vuracağı təqdirdə, ilk nüvə zərbəsi məhz Tokioya endiriləcək.
Qeyd edək ki, bundan öncə artıq mətbuatda Şimali Koreyanın yaxın zamanlarda ballistik raketlərin sınaqlarını həyata keçirməyə hazırlaşması barədə məlumatlar yayılmışdı.