NATO müharibəyə müdaxilə edəcəyini bildirib
Koreya Xalq-Demokratik Respublikası Cənubi Koreyaya qarşı müharibə vəziyyətində olduğunu elan edib. Ölkədə hərbi vəziyyət elan olunub. Bu barədə Şimali Koreyanın STAK agentliyi rəsmi hökumət fərmanına istinadən məlumat verir.
«Hökumət, siyasi partiyalar və təşkilatların bütün fəaliyyətləri ölkəmizin Cənubla müharibə vəziyyətində olması şəraitinə uyğunlaşdırılacaq. Bu andan etibarən Koreyalararası münasibətlər müharibə vəziyyətinə qədəm qoyur və iki Koreya arasında bütün məsələlər müharibə dövrünün qanunları ilə həll olunacaq», deyə xəbərdə bildirilir- APA xəbər verir.
Şimali Koreya televiziyasının efirində səsləndirilmiş KXDR partiya, nazirlik və digər qurumlarının birgə bəyanatında həmçinin «Koreya yarımadasında nə sülh, nə də müharibə adlandıra bilməyən qeyri-müəyyənlik şəraitinin sona çatdığı» bildirilib.
“Şimali Koreya özünün təhdid bəyanatları və hərbi ritorikası ilə bütün dünyaya tanışdır. Digər tərəfdən ABŞ və onun müttəfiqləri belə bir vəziyyətdən istənilən təhlükəni dəf etmək üçün ciddi potensiala malikdir”. NATO baş katibinin müavini Aleksandr Verşbou Şimali Koreyanın Cənubi Koreya iılə müharibə elan etməsinə münasibət bildirərkən bu barədə bildirib, - "Deyerler" “Utro”-ya istinadən xəbər verir.
Bununla yanaşı o qeyd edib ki, onlar hər an müharibəyə müdaxilə etməyə hazırdır. “Əlbəttə, hər an hər bir şey gözləməyə dəyər. Xüsusilə də, Şimali Koreyanın belə gənc və işləri düzgün aparmağı bilməyən rəhbərinin olduğu bir vaxtda. Buna görə də müharibə təhlükəsini istisna etmək olmaz. Şimali Koreya artıq ABŞ-dan cavabını alıb ki, istənilən təxribata adekvat cavab veriləcək”, - deyə NATO rəsmisi bildirib.