Şeyx Həsən Səffar məzhəbi diskriminasiyanın aradan qaldırılmasını tələb etdi

Qətifin imam-cüməsi məzhəblərə qarşı yönələn ayrı-seçkilik siyasətini tənqid etdi və bu problemin həll olmasını tələb etdi.

Şeyx Həsən Səffar bildirmişdir: “Dini mərkəz və müəssisələrdən istəyirik ki, vəhdət, mötədillik mədəniyyətini genişləndirmək və fitnə ilə mübarizə aparmaq üçün səylərini işə salsınlar”.

O, “Qətərdə İslami xütbələrlə ictihad” konfransında məzhəblərə qarşı edilən ayrı-seçkiliyi tənqid etmiş və demişdir: “Tayfabazlıqla mübarizənin tək yolu - bərabərliyi bərqərar etmək və vətəndaşlar arasında məzhəbi ayrı-seçkiliyi aradan qaldırmaqdır. İslami məzhəbin ardıcıllarının ibadət etməyinə, dini şüarlar söyləməklərinə imkan verməyən siyasət qarşısında susmaq düzgün deyildir”.

O, həmçinin məscid minbərlərində müsəlmanların münaqişələrə təşviq edilməsini tənqid etmiş və demişdir: “Vəhdətə çağıran çıxışlar sülhə səbəb olar. İslami məzhəblərin arasındakı davaları aradan qaldırar və İslami ölkələrin inkişaf etməsi üçün addım atmış olar”.

Qeyd etmək lazımdır ki, hüccətil-islam Şeyx Həsən Səffar daima vəhdətə çağırmış və İslami məzhəblərin ardıcıllarının yaxınlaşmasına səy göstərmişdir. /Deyerler.org/

В этом разделе