Seyran Ohanyan Rusiyanın Ermənistanı müdafiə edəcəyini bildirib

“Bu günlərdə İrəvanda imzalanmış Rusiyanın Ermənistandakı hərbi bazasının dislokasiya müddətinin uzadılmasına dair sazişə əsasən Rusiya mənbəyindən asılı olmayaraq Ermənistanın təhlükəsizliyinin təmin edəcək”.

APA-nın məlumatına görə, bu fikirləri Ermənistanın müdafiə naziri Seyran Ohanyan “Azadlıq” radiosunun erməni redaksiyasına müsahibəsində deyib. Dağlıq Qarabağda hərbi əməliyyatların bərpa olunacağı təqdirdə Rusiyanın Ermənistana hərbi yardım göstərməsi ehtimalını dəyərləndirən Seyran Ohanyan İrəvanın hər zaman belə köməyə arxayın olduğunu vurğulayıb: “Dağlıq Qarabağa qarşı mümkün təhdidlərə gəlincə, qeyd etməliyəm ki, Qarabağ xalqının seçdiyi inkişaf yolunun və təhlükəsizliyinin qarantı Ermənistan Respublikasıdır, başqa bir ölkə deyil. Eyni zamanda qeyd etməliyəm ki, Dağlıq Qarabağa qarşı təhdidlər genişlənərək Ermənistan Respublikasına qarşı birbaşa təhlükəyə çevrilərsə, şübhə etmirəm ki, Rusiya Federasiyası saziş əsasında üzərinə götürdüyü və öz müttəfiqlik öhdəliklərini yerinə yetirəcək”.

В этом разделе