Səudiyyə Kralına sui-qəsd

İslam-Azeri.az internet qəzetinin xəbərinə görə Səudiyyə rejimində daxili çəkişmələr haqqında mətbuata sızmalar olub.
Belə ki, Əl Ələm telekanalına müsahibə verən "İslami Reform Hərəkatı"-nın sədri Səəd Əl Fəqih Səudiyyə şahzadələrindən sayılan Bandar Bir Sultanın Səudiyyə Kralına sui qəsdə cəhd etdiyini bildirib.


Səəd Əl Fəqihin bildirdiyinə görə ABŞ-dakı Səudiyyənin sabiq səfiri Bandarın İngiltərəyə gedib gəldikdən sonra Səudiyyənin 200 xüsusi xidmət əməkdaşını Kral Abdullaha qarşı hücuma təşviq edib.


Həmçinin "İslami Reform Hərəkatı"-nın sədrinin açıqlamasına görə bu sui qəsd cəhdinin üstünün açılmasından sonra isə Kral Abdullah Bandar Bin Sultana ev həbsi kəsdiyini bildirib.


Bandarın Buş ilə xüsusi rabitəsinin də olduğu önə çəkilir.


В этом разделе