Seyid Əmar Həkim Ərəbistana səfərinə işarə edərək, bildirmişdir ki, Ərəbistan kralı Ayətullah Sistanini İraqın təhlükəsizlik və sabitlik zamini kimi tanıyır.
İraqın İslam Şurasının sədri hüccətil-İslam Seyid Əmmar Həkim Bağdaddakı çıxışı zamanı Ərəbistana səfərini müsbət qiymətləndirmiş və demişdir: “Ərəbistanın yüksək vəzifəli şəxsləri ilə görüş, xüsusilə də kral Abdullah ilə görüş çox faydalı olmuşdur və ik itərəf arasındakı rabitələr üçün yeni üfüqlər görünməkdədir.
Bu ölkənin kralı İraqın müxtəlif tayfalarının birləşib, vəhdət halına gəlməsinin zəruri olduğunu vurğulamış və yeni İraqın bütün siyasi partiyaların və cərəyanların vəhdəti ilə formalaşacağına ümid bəslədiyini bildirmişdir. Kral Abdullah bu görüşdə Ayətullah Sistaninin İraq tayfaları arasında vəhdət yaratmağındakı rolunu vurğulamış və onu həqiqi istiqlalın, təhlükəslziyin və sabitliyin zamini hesab etmişdir. Ərəbistan kralı həmçinin bildirmişdir ki, bu ölkənin insanları İraq üçün vəhdətdən, sakitlık və siyasi sabitlikdən başqa bir şey arzulamırlar”.
Deyerler.org