İran Səud krallığına nota verib
Səudiyyə Ərəbistanının İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. "Timeturk"ün "Rusiyanın səsi"nə olan istinadlı məlumatına görə, səfirə etiraz notası təqdim edilib. Rəsmi Tehran ittihamları tamamilə rədd etdiyini bildirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı hüquq-mühafizə orqanları İranla casusluq əlaqələrində ittiham olunan 18 nəfəri həbs edib. 16-sı Səud, 1-i Livan və digəri də İran vətəndaşı olan şəxslərin ölkədəki strateji obyektlər haqda məlumat topladığı bildirilir.