Səudiyyə Ərəbistan şahzadəsinin qudurğanlığının nəticəsi.
Səudiyyə Ərəbistanı kral ailəsinin üzvü, şahzadə Saud Əbdül Əziz bin Nasir əs Saudi Londonda ömürlük həbsə məhkum edilib. “Media forum” saytı xəbər verir ki, Britaniya Cinayət Məhkəməsi şahzadəni 32 yaşlı nökərini öldürməkdə təqsirli bilib. Şahzadə 2010-cu ilin fevral ayında Londonda, hoteldə nökəri sərxoş vəziyyətdə döyərək öldürüb.
Hökmə görə, şahzadənin azadlığa buraxılması məsələsinə yalnız 20 ildən sonra baxmaq mümkündür.