“Serj, xahiş edirəm, tualetləri aç”

Ermənistanın sabiq prezidenti Serj Sarkisyana müraciət edib

“Serj, xahiş edirəm, tualetləri aç. Serj bu xalqa sübut et ki, heç olmasa bir məsələni həll etmək iqtidarındasan”.ANS PRESS-in “Armenia Today” internet saytına istinadən verdiyi xəbərə görə, bu bəyanatla İrəvanda “Azadlıq” meydanında mitinq zamanı Erməni Milli Konqresinin (EMK) lideri, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan hazırki prezident Serj Sarkisyana müraciəti zamanı çıxış edib.Onun sözlərinə görə, sanitar-gigiyenik məsələ Ermənistanın daxili siyasətinin əsas müzakirə mövzusuna çevrilib - bu, tualetlər problemidir. Ter-Petrosyan qeyd edib ki, EMK bununla bağlı şəhər meriyası və polis rəhbərliyinə müracət edib və onlar problemi həll edəcəklərinə vəd veriblər.Lakin hələ də heç nə edilməyib.“Mən inanıram ki, nəqliyyat blokadası Serj Sarkisyanın əmri ilə həyata keçirilir, opera yaxınlığındakı kafelər onun göstərişi ilə bağlanıb, kafelərin damları onun sərəncamına əsasən götürülüb. Lakin, siz məni güllələsəniz də, mən tualetlərin onun əmri ilə bağlanmasına inanmayacağam. Mən heç vaxt Serj Sarkisyandan heç nə xahiş etməmişəm. Lakin heç bir hakimiyyət ünsürünün bu məsələni həll edə bilməməsi ilə əlaqədar olaraq Serj Sarkisyanla 10 il işləyən bir köhnə dost kimi ona xahişlə müraciət edirəm. Serj, xahiş edirəm, tualetləri aç. Serj xalqa sübut et ki, heç olmasa bir məsələni həll edə bilirsən. Yoxsa ayıb olar, biz bütün dünya qarşısında biabır olarıq”, - deyə Ter-Petrosyan bildirib.

В этом разделе