Qanun layihəsində bunun üçün nəzərdə tutulmuş cəza ləğv edilib
ABŞ Senatında qəbul edilən hərbi büdcə haqqında qanun layihəsində bir maddə xüsusilə maraq doğurur. ANS PRESS-in “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, qanun layihəsində əsgərlərin heyvanlarla cinsi əlaqədə olmalarına görə, nəzərdə tutulan cəza tətbiqi ləğv edilir. ABŞ Senatının hərbi qüvvələr üzrə komitəsinin rəhbəri Karl Levin isə maddənin aradan qaldırılmasının formallığa hesablandığını bildirib.
Qeyd edək ki, 2011-ci ilin sentyabr ayında öz oriyentasiyaları haqqında hamıya məlumat verən homoseksualların ABŞ ordusunda xidmət keçmələri haqqında qadağa da ABŞ Senatının qərarı ilə aradan götürülmüşdü. 1993-cü ildə qəbul edilmiş qanun layihəsinə əsasən isə ABŞ ordusunda yalnız öz oriyentasiyaları haqqında hamıya məlumat verməyən cinsi azlıqların hərbi qulluq keçməsi qadağan edilirdi.