313news.net-in haber.sol.org.tr saytına istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının baş müftisi Şeyx Əbdül-Əziz b. Abdullah Al əş-Şeyx ABŞ səfirlik və konsulluqlarına hücumun haram olduğunu deyib.
Hz.Muhəmməd (s.ə.a.s)-i təhqir edən filmə etiraz çərçivəsində ABŞ səfirlik və konsulluqlarına hücum edən müsəlmanları qınayan Səudiyyə baş müftisi bu hərəkəti "İslamdan kənar əməl" adlandıraraq, Allahın bu əməldən razı olmadığını qeyd edib.
Şeyx Əbdül-Əzizin fikrincə, bu cür filmlərə ən gözəl qarşılıq İslam dinini anlatmaq, Rəsulullahın (s.ə.a.s) həyatını, sünnəsini dünyaya yaymaqdır.
Burda deyiblər ki, "Avazın yaxşı gəlir, oxuduğun Quran ola."
Görəsən hörmətli şeyx Danimarkada Rəsulullahın (s.ə.a.s) karikaturası nəşr ediləndə nəyə əsasən Danimarkanın mallarının boykot etmiş və sərt reaksiya göstərmişdi? İşin içində ABŞ olanda fətvalar hansı prinsiplər əsasında dəyişir? Çox maraqlıdır...
Hörmətli şeyxə sual etmək istərdik ki, siz dünyaya hansı Peyğəmbəri (s.ə.a.s) tanıtmısınız ki? Bu gün Rəsulullahı (s.ə.a.s) təhqir edən filmin əsasında sizin əqidənin müdafiə etdiyi kitablar dayanmayıbmı?
Biz sadəcə yüzlərlə misaldan birini qeyd edirik. Ətraflı məlumat üçün mütəmadi olaraq saydın hadis.313news.net bölməsini izləyə bilərsiniz.
وعن أبي كبشة الأنماري قال : كان رسول الله - صلى الله عليه وسلم - جالسا في أصحابه فدخل ، ثم خرج وقد اغتسل فقال : يا رسول الله قد كان شيء ؟ قال : " نعم مرت بي فلانة فوقع في قلبي شهوة النساء فأتيت بعض أزواجي فأصبتها فكذلك وقاية من أماثل أعمالكم إتيان الحلال "
رواه أحمد ، والطبراني وقال : " فكذلك فافعلوا " . ورجال أحمد ثقات
Əbi Kəbşə əl-Ənmari dedi: Rəsulullah (s) öz səhabələri ilə oturmuşdu. Qəflətən (evinə) getdi və qüsl alaraq qayıtdı. (Səhabələri) soruşdular: "Ya Rəsulullah, nəsə baş verib?" (Rəsulullah) buyurdu: "Bəli, filan qadın mənim qarşımdan keçdi. Qəlbimdə ona qarşı şəhvətim oyandı. Getdim həyat yoldaşlarımdan biri ilə cinsi münasibətdə oldum. Siz də belə edin. Harama düşmədən bu işi qadınlarınızla halal bir şəkildə edin.
Hafiz əl-Heysəmi dedi: Əhməd və ət-Təbərani rəvayət etmişdir, Əhmədin raviləri etibarlıdırlar. (Mənbə: Məcmə əz-Zəvaid, hədis 7549)
Həmçinin bu rəvayətin etibarlı olmasını Şueyb əl-Arnaut, Nasiruddin əl-Albani də təsdiqləmişdir.
Hörmətli şeyx əziz Peyğəmbərimizi (s.ə.a.s) bu cür tanıtmaqdan dəm vurur?
Əziz oxucular, sizləri saxta və uydurma rəvayətləri etibarlı elan edib, əziz Peyğəmbərimizi (s.ə.a.s.) gözdən salanlara qarşı ehtiyatlı olmağa çağırırıq.