"Ərdoğanın iddiaları gülüncdür"
Fransa prezidenti Nikola Sarkozinin atası Pal Sarkozi Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğanın sözlərinə cavab verib. Belə ki, Ərdoğan çıxışında bildirmişdi ki, "1945-dən bu yana Əlcəzair əhalisinin 15%-i fransızların soyqırımına məruz qalıb. Əgər Sarkozi bunları bilmirsə, atasından soruşsun. Onun atası 40-cı illərdə Fransanın Əlcəzair legionunda xidmət edib. Əminəm ki, oğluna fransızların törətdiyi soyqırımla əlaqəli deyəcək çox sözü var".
313news.net-in "radikal"a istinadlı xəbərinə görə, Pal Sarkozi isə Ərdoğanın iddialarını gülünc adlandırıb. O bildirib ki, legioner olsa da Marseldən kənara çıxmayıb. O dövrlə əlaqələri bütün həqiqətləri sənədləri ilə birlikdə kitabda topladığını deyən Sarkozi bildirib: "Legionda sadəcə 4 ay qalmışam. "Tant de vie" kitabını alın, orada bütün sənədlər var".