Sarkozidən "yalançı" Netanyahuya məktub

Fransa prezidenti İsrail baş nazirinə məktub göndərib

Fransa prezidenti Nikola Sarkozi İsrailin baş naziri Benyamin Netanyahuya məktub göndərib. 313news.net-in məlumatına görə, məktubda Fransa prezidenti Yaxın Şərq problemi barəsində fikir ayrılıqlarına baxmayaraq, ölkəsinin İsraillə dost ölkə olduğunu bildirib.

Xatırladaq ki, böyük iyirmiliyin sammitində (G-20) mikrofonların səhvən açıq qalması nəticəsində Sarkozinin ABŞ prezidenti Obama ilə söhbətində Netanyahunu "yalançı" adlandırması jurnalistlər tərəfindən eşidilmişdi və bu, dünya mətbuatında böyük əks-səda doğurmuşdu.

 

В этом разделе