Sarkisyan Sarkoziyə yaltaqlandı

Ermənistan prezidenti fransalı həmkarına təşəkkür məktubu ünvanlayıb

Bu gün Ermənistan prezidenti Serj Sarkisyan Fransa prezidenti Nikolya Sarkoziyə təşəkkür məktubu göndərib. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, məktubda Sarkisyan Fransa Senatı tərəfindən qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin qəbulunu görə təşəkkür edib.

Məktubun tam mətni dünyada erməni vəhşiliyindən əziyyət çəkmiş hər bir şəxsdə qıcıq yarada biləcəyini nəzərə alaraq mətnin yalnız kiçik bir hissəsini nəzərinizə çatdırırıq: “Bu gün Fransa yenidən öz qüdrəti və gücünü sübut edərək, ümumbəşəri dəyərlərə bağlılığını göstərdi. Bu gün bütün dünyada yaşayan ermənilər üçün tarixi bir gündür. Bundan başqa insanlığa qarşı törədilən cinayətkarlığa qarşı mübarizə aparanlar üçün də önəmli gündür”.

В этом разделе