"Biz sübut etməliyik ki, Qarabağ bizimdir"
"Biz sübut etməliyik ki, Qarabağ bizimdir və bizim olacaq, başqa cür ola da bilməz". Ermənistan prezidenti Serj Sarkisyan “Ayastan” ümumerməni fondunun 12-ci iclası zamanı Ermənistan əhalisi və bütün erməni xalqına müraciət edərkən belə deyib.
Ermənistan prezidentinin müracətində əsasən deyilir: “Bu il teleton xüsusi əhəmiyyət daşıyır. Bütün dünya hələ də Türkiyə-Ermənistan protokollarının təsiri altındadır. Əlbəttə, bu məsələ ilə bağlı fikirlər müxtəlifdir. Və bu gün baş verənlər, bizi istəyənlər və istəməyənlər tərəfindən diqqətlə qiymətləndirilir. Biz sübut etməliyik ki, Ermənistan və diaspora arasında heç bir nifaq yoxdur, Şuşanın inkişafı üçün ermənilər heç vaxt peşman olmayacaqlar. Biz sübut etməliyik ki, Qarabağ bizimdir və bizim olacaq, başqa cür ola da bilməz. Erməni xalqının bugünkü birliyi – bizim məqsədimizin simvoludur. Vaxt onunla düzgün rəftar edən adamın xeyrinə işləyir. Əgər yaxın gələcəkdə biz inkişaf etmiş və abadlaşdırılmış Şuşanı görsək, onda əmin ola bilərik ki, vaxt- bizim tərəfdaşımızdır”.
Qeyd edək ki, ermənilər Azərbaycanın işğal altında olan Şuşa şəhərinin yenidən bərpa olunması istiqamətində fəallaşıblar. Ermənistanın baş naziri Tiqran Sarkisyan çıxışı zamanı bildirib ki, Şuşanın bərpa olunması şərəf məsələsidir. Baş nazir vurğulayıb ki, bu məqsədlə ölkə hökumətinin bütün üzvləri ianə toplamalıdır. Bir neçə gün bundan öncə separatçı Xankəndi rejiminin nümayəndələri bu məqsədlə ABŞ-da pul dilənməyə başlayıb. Söhbət Boston şəhərində açılan ianə fondundan gedir. Fondun açılışında separatçı Xankəndi rejiminin nümayəndələri şəxsən iştirak edib. Pulların yığılmasına nəzarət etmək üçün Bostona qondarma DQR-in baş naziri Ara Arutyunyanın başçılıq etdiyi nümayəndə heyəti gedib. /anspress/
В этом разделе
- Ayətullah Sistani müsəlmanları Livana dəstək verməyə çağırıb6 Августа, 2020
- Türkiyə ABŞ-dan Gülənin həbs edilməsi barədə sorğunun cavabını gözləyir28 Сентября, 2016
- İslandiyalı qızla evlənənə ayda 5000$ pul xəbəri yalandır!16 Сентября, 2016
- Belçikaya vəhhabilik necə gəldi?23 Марта, 2016
- Zika virusu - qlobal həyəcan siqnalı verildi!2 Февраля, 2016
- "İŞİD" Qərbə təhdid olmaqda davam edir1 Февраля, 2016
- "Şiəliklə Mübarizə Mərkəzi" adlı təşkilat yaradıldı18 Мая, 2015
- Bu gecə Mübarək "Məbəs" gecəsidir15 Мая, 2015
- Dünyanın 50-dən çox universitetində xanım Fatimə(ə) və xanım Məryəm(ə) anılıb11 Апреля, 2015
- İsrailin bütün səfirlikləri bağlandı25 Марта, 2014