"Suriya rəhbərliyi ya ölkədə yeniliklər etməli, ya da istefa verməlidir"
Milli.Az xəbər portalının gazeta.ru saytına istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Dmitri Medvedev bildirib. «Öz kanallarımızdan istifadə edərək Suriya rəhbərliyilə fəal şəkildə işləyirik. Suriya rəhbərliyindən lazımi yeniliklərə getmələrini tələb edirik», - deyə Kreml sahibi bildirib: «Əgər Suriya rəhbərliyi belə yenilikləri həyata keçirməyə qadir deyilsə, bu halda istefa verməli olacaq. Amma bu qərarı NATO, ayrı-ayrı Avropa ölkələri deyil, Suriya xalqı və rəhbərliyi qəbul etməlidir».
Xatırladaq ki, bu, Rusiya rəhbərliyinin ilk anoloji bəyanatıdır. Rəsmi Moskva indiyədək Bəşər Əsəd rejimini dəstəkləyirdi.