Lakin, lokal münaqişənin olması istisna edilmir
Rusiya Xarici İşlər Nazirliyi hesab edir ki, Şimali Koreya ilə nüvə problemi ətrafında danışıqları bərpa etmək şansı yenə də var və indiki halda əsas vəzifə yalnız Pxenyan ilə Seul arasında hərbi münaqişənin yaranmasına yol verilməməkdir, - "Deyerler" “RİA Novosti”yə istinadən xəbər verir..
Rusiya Xarici İşlər Nazirliyi hesab edir ki, hazırki vəziyyətdə Cənubi və Şimali Koreya arasında hərbi müharibənin olmaq ehtimalı görünmür. Lakin, lokal münaqişənin olması istisna edilmir.
Şimali Koreya rəhbərliyindən bildirib ki, onlar 2007-ci ildə fəaliyyəti dayandırılmış Yonbyon nüvə mərkəzini yenidən işə salmaq istəyirlər. Bununla onlar ABŞ-ın Koreya yarımadasında gərginliyi artırmasına cavab verirlər.