Rusiya və Türkiyənin XİN başçıları Suriyanın Türkiyə hərbi təyyarəsini vurmasını müzakirə ediblər

Rusiya xarici işlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Əhməd Davuduğlu arasında telefon danışığı olub

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Məlumatda bildirilir ki, telefon danışığı Əhməd Davudoğlunun istəyi əsasında gerçəkləşib. Nazirlər Suriyanın beynəlxalq hava məkanında vurduğu Türkiyə hərbi təyyarəsini müzakirə ediblər.


Qeyd edək ki, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “RF-4E” tipli kəşfiyyat təyyarəsi iyunun 22-də Aralıq dənizi üzərində Suriya tərəfindən vurulub. Təyyarənin qalıqları və iki pilotunun axtarışları davam etdirilir.

Türkiyə XİN başçısı mətbuata açıqlamasında Suriya Hava Hücumundan Müdafiə Qüvvələrinin Türkiyə hərbi təyyarəsini beynəlxalq hava məkanında vurduğunu və təyyarənin Suriya ərazi sularına düşdüyünü söyləyib: “Türkiyə təyyarəsinin uçuşu barədə Suriya tərəfi əvvəldən məlumatlı olub. Suriya bilirdi ki, təyyarə Türkiyəyə məxsusdur”. 

Baş vermiş insidentin ciddi nəticələrinin ola biləcəyini qeyd edən nazir artıq 15 ölkədən olan həmkarı, həmçinin BMT baş katibi ilə baş verənlərə dair telefon danışıqları apardığını söyləyib. O, Ankaranın vəziyyət barədə NATO-nu da məlumatlandıracağını bildirib.

В этом разделе