Veto hüququndan istifadə edən Rusiya və Çin BMT TŞ-nin Suriya üzrə qətnaməsinin qəbul edilməsinə imkan verməyib
SalamNews-un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, şuranın 15 üzv-ölkəsindən 13-ü qətnamənin lehinə, 2-si isə əleyhinə səs verib.
Qətnamənin mətni fevralın 2-də tərtib edilib və müəlliflərin sözlərinə əsasən, Suriyada qarşıdurmaya son qoymalıdır.
Bildirək ki, Rusiya və Çin BMT TŞ-nin daimi üzvləri olaraq, artıq ikinci dəfədir ki, Suriya üzrə qətnamənin qəbul edilməsinə maneə yaradırlar. İlk dəfə bu, 2011-ci ilin oktyabrında baş verib.
Moskva və Pekində "Liviya ssenarisinin" təkrarlanmasından ehtiyatlanırlar. Belə ki, BMT-nin sanksiyasından sonra bu Afrika ölkəsinə NATO qüvvələrinin müdaxiləsi Müəmmar Qəddafi rejiminin devrilməsi ilə nəticələndi. Lakin Liviyada sabitlik əldə etmək mümkün olmadı.
Qeyd edək ki, BMT TŞ-yə təqdim edilən hazırki qətnamə layihəsi Suriyaya qarşı güc tətbiq olunmasını istisna edir.