Rusiya PKK terrorçularını silahlandırır

Kürd Fəhlə Partiyasının əsgərləri

PKK terror təşkilatının sərəncamında olan silahların böyük əksəriyyəti Rusiyadan gətirilir.

Press7-nin  "Today Zaman"a istinadən verdiyi xəbərə görə, Türkiyə tərəfinə bu informasiyanı ABŞ-ın Xüsusi Xidmət orqanları ötürüblər.

Bununla əlaqədar Türkiyə hökuməti yaxın zamanlarda rəsmi Moskvaya ciddi təzyiq göstərmək niyyətindədir.

"Today Zaman"ın yazdığına görə, terrorçuların cinayətləri zamanı istifadə etdikləri Kalaşnikov avtomatlarının 70 faizi, tankəleyhinə minaların və raket qurğularının 85 faizi isə Rusiyada istehsal olunur.

В этом разделе