"Əsədin gələcəyini Vaşinqtonla müzakirə etməyəcəyik"
Rusiya xarici işlər nazirinin müavini Sergey Rıbakov Vaşinqtonun Mosvanı Bəşər Əsədə siyasi sığınacaq verməyə razı salmağa çalışdığına dair xəbərlərə münasibət bildirib.
Milli.Az TRT-yə istinadən bildirir ki, Rıbakov ABŞ ilə Əsədin gələcəyini müzakirə etməyəcəklərini söyləyib.
Xarici işlər nazirinin müavini bir neçə dəfə fikirlərini açıqladıqlarını deyib və Suriyada iqtidar məsələsinə Suriya xalqının qərar verməli olduğunu vurğulayıb: "Xaricdə hazırlanıb Suriyaya tətbiq edilmək planlar zərərverici ola bilər".