Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən 28 yaşlı rusiyalı qadın İranın cənubunda yerləşən Şiraz şəhərinin İslam Təbliğatı İdarəsində olaraq, şəhadəteyn söyləyib və Şiə məzhəbini qəbul edərək müsəlman olub.
İSNA-nın verdiyi məlumata görə, müsəlman olduqdan sonra özünə Asiyə adını seçən Ancela xüsusi adət-ənənələri yerinə yetirərək, rəsmən İslam dinini qəbul edib.
Asiyə özünün müsəlman olmasının səbəbi haqda deyib: "Musiqi üzrə ekspertəm və virtual fəzada İslam dini ilə tanış olmuşam və bu dini özümün rəsmi dinim kimi seçmişəm. İslam dini çox cazibədardır və həmin cazibədarlıqlar məni özünə tərəf çəkdi".
İslam dinini seçməkdən razılıq edən Asiyə sonra deyib:"Hicab mənim nəzərimcə, məhdudiyyət deyil, münasib geyimə malik olmaqdır".