Roma Papasının Madridə səfəri baş tutdu

Din xadimi limanda olan ərəfədə bir qrup homoseksual festivalı pozmağa çalışıb.

Ötən gün Roma papası Katolik kilsənin təşkil etdiyi Ümumdünya Gənclər Günündə iştirak etmək məqsədilə Madridə gedib. Qalacağı mehmanxanaya gəlməzdən əvvəl şəhər rəhbərlərindən biri Papaya Madridin açarlarını təqdim edib.

Borc böhranı və kütləvi etirazların Avropada baş aldığı bir dönəmdə Madridə səfər etmiş XVI Benedikti minlərlə gənc hava limanında qarşılayıb. Üzlərini İspaniya bayrağı rənglərinə uyğun boyamış g ənclər çoxdan gözlədikl əri ruhani lideri alqışlayaraq, “budur Papanın gəncləri” deyə nikbin şüarlar səsləndiriblər. 

Papa limanda qısa salamlama və təbrik nitqi verdikdən sonra “papamobilinə” minərək təhlükəsizlik xidmətçilərinin müşayiəti ilə Sibeliz Plaza mehmanxanasına gedlib.

Roma papası limanda olan ərəfədə bir qrup homoseksual festivalı pozmağa çalışıb. Qadınlar sinələrini açmaqla və bir neçə mavi ictimaiyyət önündə əxlaqsız hərəkətlər etməklə Roma Papasının hərəkət marşrutunun keçdiyi küçələrə daxil olmağa cəhd edib. Polis etiraz aksiyasını yatırmağa nail olub.

Aksiya iştirakçılarının küçələrə toplaşmağına əsas səbəb Vatikanın mavilərə və eynicinslilərin nikahına qarşı soyuq münasibət bəsləməsi olduğu deyilir.

Qeyd edək ki, bir həftə ərzində keçiriləcək festivala 193 ölkədən 1 milyondan çox gəncin qatılacağı gözlənilir.

В этом разделе