
"Türkmənistanın milli bayramı ilə əlaqədar məmnuniyyət hissi ilə zati alilərinizə uğurlar və ölkənizə əmin amanlıq arzulayıram və Uca Yaradandan sizin və eləcə də ölkənin bütün vətəndaşlarının ictimai rifahını, firavan yaşamasını diləyirəm", - məktubda deyilir.
"Qoy Allah fədakarlıqla çalışan bütün insanları qorusun, ölkəni insanın tam inkışafina şərait yaradan yüksəliş və əminamanlıq istiqamətinə yönəltsin", - Papa məktubda bildirib.
Müqəddəs taxt-tacın Türkmənistanla diplomatik əlaqələri 1997-ci ilin iyununda, ölkə hökümətinə etimadnamələri ilk apostol nunsisi təqdim etdiyi vaxt qurulub. /trend/