Roma Papası XVI Benedikt katolik kilsəsinin tarixində ilk dəfə olaraq televiziyanın canlı efirinə çıxıb və insanların suallarını cavablandırıb
Veriliş İtaliyanın “RAİ” telekanalı ilə yayımlanıb-"Deyerler" "Vesti"yə istinadən xəbər verir. Canlı efirə çıxan XVI Benedikt, dünyada xristianları müdafiə etməyə çağırıb. Çıxışı zamanı katolik kilsəsinin rəhbəri tolerantlıq və digər dinlər mövzusuna toxunmayıb.