Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən, İngiltərənin məhşur siyasi politoloqu Robert Fisk "The Independent" qəzetində dərc etdiyi məqaləsində, Qətər və Səudi Ərəbistanın ziddiyyətli siyasətlərinə, “Suriyada demokratiyanın bərpa olmasına dair himayət kompaniyasına” işarə edərək təkidlə yazır: “Qətər və Ərəbistanın demokratik islahatlara kəskin ehtiyacları olduğu halda onlar, Suriya dövlətindən demokratiyanın bərpasın tələb edirlər. Təəssüflər olsun ki, ABŞ da bu ziddiyətli istəyə göz yumur!”
Fiks məqalənin davamında yazır: “Həm Qətər, həm də Səudi Ərəbistan rejimlərinin hər ikisi padşahlıq rejimidir. Hökümət atadan oğula irs olaraq keçir. Digər tərəfdən Səudi Ərəbistan vəhabiləri Suriyadakı sələfilər ilə yeni ittifaq yaradıblar. Ərəbistan vəhabiləri bundan öncə də Pakistan Taliban qruppası ilə birgə ittifaq yaratmışlar. Həmçinin 11 seytyabır hadisəsində təqsirli bilinən 19 nəfərdən 15 nəfəri məhz Səudi Ərəbistan vətəndaşları idilər.”
Robert Fisk daha sonra Ərəb birliyinin demokratiyadan yalan olaraq müdafiə etməsinə işarə edərək bildirir: “Səudi Ərəbistan rejimi azlığ təşkil edən Şiə məzhəbinin ardıcıllarına divan tutmaqda davam edir.”
Fisk ABŞ dövlətinin Suriya ilə bağlı siyasətin pisləyərək yazır: “İraq dövləti üçün apardığımız “Azadlıq” və “Demokratiya” hədiyyəsi necə oldu? Bu ölkə, axır son günlərdə 19 şəhərində, 29 partlayış nəticəsində 11 insan tələfatının şahidi olmuşdur. Bu bizim İraqda gördüyümüz “Demokratik” işlərin nəticəsidir.”
İngilis politoloqu son olaraq yazır: “Suriyadakı son hadisələr və bu rejimin devrilməsinə tərəf yönələn siyasətlər, Qərbin Suriya xalqına qarşı bəslədiyi məhəbbətindən və ya Bəşər Əsədə olan düşmənçiliyindən irəli gəlmir. Bunun səbəbi Rusiyaya qarşı olan nifrət də deyildir. Əsas səbəb İİR-ın müttəfiqlərin aradan aparmaqla İrandakı İslam Hökümətinə son qoyulmasıdır.”