Ramazan çıxdı. Şəvval ayının hilalı göründü

ahlibeyt.az saytının farsnews.com -a istinadən verdiyi xəbərə görə bu gün zöhrdən sonra müşahidə nöqtələrinə ezam edilmiş tədqiqatçılar teleskop vasitəsilə Şəvval ayının hilalını müşahidə ediblər.

Bu sözləri Kibriya Astronomiya İnstitunun direktoru Hüccətül-İsam Seyyid Rza İsfahani deyib. O deyib ki, hilalı Qum şəhərində yerləşən tədqiqat mərkəzində müşahidə ediblər. Artıq bu məlumatı mərcei-təqlidlərin dəftərxanalarına təqdim etməyə hazırlaşırıq.

O həmçinin deyib ki, Şəvval ayının hilalını axşamçağı adi gözlə belə müşahidə etmək mümkün olacaqdır.

В этом разделе