Ramazan ayının 15-i İmam Həsən (ə.s)-ın mövlududur

Ramazan ayının 15-i, Peyğəmbərin (s) reyhhanı İmam Həsənin (ə) mövlud günüdür.

Bu münasibətlə bütün Əhli-beyt (ə) dostlarını təbrik edirik.

İmam Həsən Müctəba hicrətin 3-cü ili ramazan ayının 15-də Mədinə şəhərində dünyaya gəlmişdir.

İmam Həsən (əleyhissəlam) öz cəddinin dövrünü çox görməmişdi. Çünki İmam Həsən (əleyhissəlam) təxminən yeddi yaşında olarkən Peyğəmbər (səlləllahu əleyhi və alih) dünyadan köçmüşdü. Peyğəmbərdən (səlləllahu əleyhi və alih) sonra təxminən otuz il atası Əli əleyhissəlamla birgə olmuşdur. Atasının şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) on il müddətinə qədər müsəlmanlara İmamlıq (başçılıq) etmiş və nəhayət hicrətin əllinci ilində Müaviyənin hiyləsi ilə qırx səkkiz yaşında zəhərlənmiş və şəhadətə qovuşmuşdur. Müqəddəs məzarı Mədinə şəhərindəki Bəqi qəbiristanlığındadır.

В этом разделе