Quran yandırma vəhşiliyinin əleyhinə kampaniya başlanıb

Amerikada Florida ştatında bir kilsə “islamafobiyanı” təbliğ etmək məqsədilə yeni gün təsis edib. Belə ki, kilsə 11 sentyabr hadisələrinin 9-cu ildönümündə müsəlmanların müqəddəs kitabı olan “Qurani Kərimi” ictimai yerlərdə yandıracaq.

Deyerler.org- Kilsə bütün xristian icmalarını “Beynəlxalq Quran yandırma günü” təsis etməyə çağırıb.

Onlar bunun üçün "Facebook" sosial şəbəkəsində tərəfdar toplamaq üçün təbliğatda toplamışdılar.

İndi isə Quran yandırmasının əleyhinə olanlar da "Facebook"da kampaniya başladıblar. “Against Everybody Burn Quran Day is on Facebook” (hamı feysbukda Quran yandırma gününə qarşı) başlıqlı kampaniyaya artıq 15 minə yaxın tərəfdar qoşulub.

Səhifədə həmçinin Pakistanda kömək istəyən müsəlmanlara da kömək çağırışı öz əksini tapır.

В этом разделе