Qərb mətbuatı İslam Respublikası ilə yanaşı Suriyanın da adını çəkib
Türkiyənin Hakkari vilayətində PKK terror təşkilatının hücumu nəticəsində 24 əsgərin şəhid olduğu, 18-nin də yaralanması xarici mətbuatda geniş əks-səda doğurub. "Financial Times" nəşrinin PKK-nın hücumunun yeni konstitusiya layihəsi ilə əlaqədar müzakirələrin aparıldığı bir dövrdə baş tutmasına diqqət çəkib-"anspress" xəbər verir.
Bundan əlavə nəşr qeyd edir ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan "PKK-nın xarici qüvvələr tərəfindən bir maşa olaraq istifadə edildiyini" deyərkən, İran və Suriyanı nəzərdə tuta bilər. Belə ki, Ankaranın iki ölkə ilə də münasibətlləri gərgindir.
"Times" qəzeti də bu hücumun Türkiyənin İran və Suriyayla əlaqələrini daha da gərginləşdirə biləcəyinə diqqət çəkib. Xəbərdə bildirilir ki, Amerika Birləşmiş Ştatlarının LeHigh Universitetindən bölgə mütəxəssisi Henri Barkey deyib ki, Ankaranın Suriyadakı etiraz aksiyalarının qanla qarşısının alınmasına sərt reaksiya verməsi nəticəsində İran və Suriya bu hücum üçün PKK-nı cəsarətləndirmiş ola bilər.