Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukio Amano noyabrın 20-də jurnalistlərə İranın nüvə fəaliyyətindən danışıb
“Media forum” saytının məlumatına görə, Yukio Amano deyib ki, beynəlxalq sanksiyalara baxmayaraq İran nüvə fəaliyyətini davam etdirir: “Sanksiyalar İranın nüvə proqramının sürətinə təsir göstərə bilməyib. İran sabit bir templə uranı 5 faizdən 20 faizə qədər zənginləşdirir.
Biz elə bir yol tapmalıyıq ki, həm İran dinc nüvə enerjisindən bəhrələnə bilsin, həm də üzərinə götürdüyü beynəlxalq öhdəliklərə riayət edərək atom silahı istehsal etmək niyyətində olmadığını sübuta yetirən dəlil-sübutlar ortaya qoysun”.