Dünən Azadxeber.org saytının müxbiri gündəlik xəbərləri izləyən zaman Azadliq.org-un İslam və Demokraitya bölməsində "İranda internetdə siğə elanı" başlığı altında yazıya rast gəlib.
Maraqlısı bundadır ki, başlıqla əlaqəsi olmayan mətnin şəkil yerinə dövrümüzün ariflərindən olan mərhum Ayətullah-üzma Şeyx Məhəmməd Təqi Behçətin şəkili verilib.
Məsələ ilə bağlı redaksiyamızım tərcümə şöbəsi mətndə yerləşdirilən İran saytlarının linklərinə daxil olaraq məlumatı tərcümə edib. Mətndə qeyd edilib ki, guya 100-ə yaxın qadın profili var və hətta onların bir saat müddətində qiymətləndirilməsi və mehriyəsi də qeyd edilib.
Azadxeber.org saytının tərcümə xidməti bildirib ki, verilən linklərdə əsla bu cür məlumat yoxdur. Bundan başqa, verilən linklərdə Ayətullah-üzma Məkarim Şirazinin mütə barəsində şəri sual-cavabları və hökmləri verilib və eləcə də, bununla bağlı nazil olmuş ayənin açıqlanması qeyd edilib.
Onda nə üçün Azadliq Radiosu kimi nüfuzlu bir xəbər portalı belə çirkin oyunlara əl atıb?! Özü də dövlətimizin İranla həssas durumunda. Bu cür cəfəngiyat xəbərlərin verilməsində məqsəd nədir? Hər halda biz "Azadxeber.org" saytı olaraq bu xəbəri araşdırmağı özümüzə borc bildik.
Link: http://www.azadliqradiosu.az/content/article/24656449.html