Qətnamədə Barak Obamanı və Amerika dövlətini 1915-ci il hadisələrini «soyqrım» kimi tanımağa çağırılır
ABŞ Konqresindəki erməni lobbisi 1915-ci il hadisələrinin «soyqrım» kimi tanınmasını tələb edən qətnamə layihəsini Nümayəndələr Palatasına təqdim edib. ANSPRESS CNN Turk televiziyasına istinadən xəbər verir ki, bu barədə Nümayəndələr Palatasındakı erməni lobbisinin ən önəmli şəxslərindən biri Demokrat, Kaliforniya ştatından olan millət vəkili Adam Şiffin bürosu açıqlama verib.
Büronun açıqlamasında bildirilib ki, qətnamə layihəsi Adam Şiff, demokrat millət vəkili Frank Pallone, respublikaçı millət vəkilləri Corc Radanoviç və Mark Kirk tərəfindən hazırlanıb. Qətnamə bu vaxta qədər iki partiyadan ümumilikdə 77 millət vəkilinin dəstəyini qazanıb və ABŞ prezidenti Barak Obamanı, eləcədə Amerika dövlətini 1915-ci il hadisələrini «soyqrım» kimi tanımağa çağırır.
Qanun layihəsinin qəbulu üçün Nümaynədələr Palatasının xarici işlər komitəsinin gündəliyinə çıxarılması, orada qəbulu, daha sonra isə Nümayəndələr Palatasının Baş Komitəsinin gündəminə çıxarılması və qəbulu vacibdir. Ancaq bu qətanmə qəbul edilsə də, tövsiyə xarakteri daşıyır. Belə ki, prezident Obama və Amerika dövlətinin bu tövsiyəyə riayət etməsi vacib deyil.
Qeyd edək ki, qətnamə layihəsi 2007-ci ildə gündəmə gəlmişdi. Qətnamə layihəsi Nümayəndələr Palatasının Xarici İşlər Komitəsində qəbul edilsə də, o vaxtkı prezident Corc Buş hökümətinin səyləri nəticəsində Nümayəndələr Palatasının ümumi yığıncağında gündəmə çıxarılmamışdı. Ötən ilin noyabr ayında keçirilən seçkidə Konqresin tərkibi yeniləndiyindən həmin qətnamə hüquqi əsasını itirib. Yeni qətnamə də onun yerinə hazırlanıb və Nümayəndələr Palatasına təqdim edilib.
Xatırladaq ki, qətnaməni hazırlayan 4 millət vəkili keçən həftə Barak Obamaya məktub yazaraq, ondan seçki qabağı kampaniya zamanı qondarma «soyqrım»ı tanıyacağı barədə verdiyi sözü tutmağa çağırmışdılar.
В этом разделе
- Ayətullah Sistani müsəlmanları Livana dəstək verməyə çağırıb6 Августа, 2020
- Türkiyə ABŞ-dan Gülənin həbs edilməsi barədə sorğunun cavabını gözləyir28 Сентября, 2016
- İslandiyalı qızla evlənənə ayda 5000$ pul xəbəri yalandır!16 Сентября, 2016
- Belçikaya vəhhabilik necə gəldi?23 Марта, 2016
- Zika virusu - qlobal həyəcan siqnalı verildi!2 Февраля, 2016
- "İŞİD" Qərbə təhdid olmaqda davam edir1 Февраля, 2016
- "Şiəliklə Mübarizə Mərkəzi" adlı təşkilat yaradıldı18 Мая, 2015
- Bu gecə Mübarək "Məbəs" gecəsidir15 Мая, 2015
- Dünyanın 50-dən çox universitetində xanım Fatimə(ə) və xanım Məryəm(ə) anılıb11 Апреля, 2015
- İsrailin bütün səfirlikləri bağlandı25 Марта, 2014