
Hadisə Fransada yaşayan Yasəmən Berkol adlı türk vətəndaşı türkiyəli jurnalist-yazıçı Mehmed Şövkət Evgiyə göndərdiyi məktub nəticəsində ortaya çıxıb.
“Oktyabr ayının 8-i cümə axşamı günü saat 12:30 radələrində Parisin “Petit Palas” adlı incəsənət muzeyində Tekfen və Fevziyə Məktəbləri Vəqflərinin təşkil etdiyi konsertdə peyğəmbərimiz təhqir edilib. Konsertdə Türkiyə və Fransadan olan incəsənət xadimləri də iştirak ediblər. Mən bir müsəlman olaraq, bundan çox narahatlıq keçirdim. Zalda əyləşən türklərin bu hadisəyə heç bir reaksiya nümayiş etdirməməsi məni qəzəbləndirdi. Qərb ölkələrində İslam peyğəmbərinin təhqir edilməsi hallarına tez-tez rast gəlinir. Amma bu dəfə belə bir halın türk qurumlarının təşkilatçılığı ilə keçirilən tədbirdə baş tutması xəta ola bilməz. Bu, bir qalmaqaldır. Mən bütün mətbuat işçilərini daha diqqətli olmağa dəvət edirəm” – deyə Y.Berkol məktubunda qeyd edib.
/dunyabulteni/
/AzeriMuslims/