Qazaxıstanda Quranın bəzi surələri qadağan edildi

Qazaxıstan əhalisinin əksəriyyətinin müsəlman olan ilk ölkədir ki, Quran surələrini qadağan edib.


İslam-Azeri.az internet qəzetinin istinadlı xəbərinə görə Qazaxıstan höküməti İslam əleyhinə qərar qəbul edib.


Belə ki, bu ilin iyul ayında Qazaxıstanın Ədliyyə Nazirliyi və Prokurorluğu bəzi həbs edilmiş dəstələrin əlində olan kitab, broşurla yanaşı bəzi Quran surələri ekstremist material siyahısına salınıb.


Qazaxıstanın Ədliyyə Nazirliyinin rəsmi saytında bu barədə qərarda dərc edilib.


Astana məhkəməsinin bu qərarında Radikal Vəhabiliyin, "Müsəlman qardaşlar" təşkilatı və "Hizbut Təhrir" partiyasının təbliğ etdiyi kitablar, broşurlar və audio yazılar ekstremist materiallar hesab edilərək təbliği qadağan edilib.


Qadağan edilən audio yazılarda, "Əhqaf", "Muhəmməd", "Fəth", "Hucurat", "Kəhf", "Mülk", "Qələm", "Əl Həqqa", "Məaric", "Nuh", "Cin", "Müzəmmil", "Müdəssir", "Qiyamət", "İnsan", "Mürsəlat", "Əl Bəqərə" surələri Şeyx Mişari Rəşid tərəfindən qiraət edilib.


Qazaxıstan əhalisinin əksəriyyətinin müsəlman olan ilk ölkədir ki, Quran surələrini qadağan edib.


В этом разделе