Prezidentin korteji qəzaya düşdü

Qəza Berdimuhəmmədovun Abdulla Güllə görüşündən sonra baş verib.

Türkmənistan prezidenti Qurbanqulu Berdimuhəmmədovun korteji Türkiyədə qəzaya uğrayıb. “Qafqazinfo”nun məlumatına görə, qəza prezidentin korteji Türkiyəyə səfər edən və ölkə başçısı Abdulla Güllə görüşdükdən sonra Alsancak Limanına doğru yola düşərkən baş verib.

Türkmənistan heyətinin kirayələdiyi “Mersedes” markalı beş və mətbuata aid bir avtomobilin də düşdüyü qəza nəticəsində yollarda güclü tıxac yaranıb. Qəza nəticəsində bəzi sürücülər və heyət üzvləri yüngül yaralanıblar.

Prezident Qurbanqulu Berdimuhammedovun avtomobili isə qəzadan salamat qurtarıb.

islamazeri.az

В этом разделе