Eks-prezident ölkəsinə qayıdıb
Keçmiş Pakistan prezidenti Pərviz Müşərrəf öncədən elan etdiyi kimi və Talibanın sui-qəsd hədələrinə məhəl qoymadan bu gün ölkəsinə dönüb. O, bu səhər Karaçi aeroportunda təyyarədən enib, - "Deyerler" “RİA Novosti”-yə istinadən xəbər verir.
General Müşərrəf aeroportda jurnalistlərə açıqlamasında bildirib ki, may ayında keçiriləcək ümumxalq səsverməsində öz partiyasına rəhbərlik etmək üçün ölkəyə qayıdıb.
Aeroportda Müşərrəfi minlərlə tərəfdarı “Yaşasın general Müşərrəf!” şüarları ilə qarşılayıb.
Bundan öncə artıq Müşərrəf bildirib ki, onu Talibanın sui-qəsd hədələri qorxutmur və o bütün təhlükəsizlik tədbirlərini görəcək.