Müxbirimizin verdiyi məlumata görə Lvent metrosunun qarşısından bir dəstə insan Peresin Azərbaycana səfərinə etiraz əlaməti olaraq yürüş edərək Azərbaycanın İstanbul konsulluğu önünə yığışıblar.
Aksiya İsra Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilmiş bir neçə təşkilat və vətəndaşda aksiyaya dəstək vermişdir.
Etirazçılar əllərində Livan Hizbullahı və Fələstin Həmas müqavimət təşkilatlarının bayraqları, Hizbullah və Həmas liderlərinin fotoları və "Peres Azərbaycandan rədd ol!" polokatları tutmuşdular.
Aksiyada İsra mədəniyyət mərkəzinin rəhbəri Nürəddin Şirin, jurnalist-yazar Əhməd Varol, İmkan-Der insan haqları müdafiə mərkəzinin rəhbəri Nuray Canan Bezirgan və İhya-Der təşkilatının sədri Harun Budaqlar da çıxış edib.
Çıxışlardan sonra qara rəngli "Qatil Peres Bakıdan rədd ol!" yazılı çələng Azərbaycanın İstanbuldakı konsulluğunun qarşısına qoyulub.
İslam-Azeri.az
Peresin Bakıya səfərinə etiraz əlaməti olaraq İstanbulda aksiya keçirilib
İslam-Azeri.az internet qəzetinin İstanbuldakı xüsusi müxbirinin verdiyi məlumata görə bu gün Azərbaycanın İstanbuldakı konsulluğunun qarşısında etiraz mitinqi keçirilib.