ABŞ-ın müdafiə naziri Leon Panetta son günlər ərzində İranın ünvanına növbəti hədə bəyanatı səsləndirib
Milli.Az BBC-yə istinadən xəbər verir ki, o, Tehranın Hörmüz boğazını bağlamağa hər hansı formada cəhd göstərəcəyi təqdirdə Vaşinqtonun "bununla barışmayacağını" bildirib. Dünyaya neft ixracının 40%-nin həyata keçirildiyi boğazın mümkün bağlanmasını "son hədd" adlandıran Pentaqon rəhbəri ABŞ-ın boğazın bağlanmasına heç bir halda imkan verməyəcəyini bildirib.
Xatırladaq ki, son günlərdə ABŞ və Avropa Birliyi İrana ard-arda yeni sanksiyalar tətbiq edir. Tehran isə öz növbəsində neft ixracı sahəsinə sanksiyanın tətbiq olunacağı təqdirdə dünyanın "neft arteriyası" olan Hörmüz boğazını bağlayacağını bəyan edib.