Pakistanda vəziyyət ağırlaşır

Bu ölkədə ölən və yaralıların sayı durmadan artır

Pakistanın cənubunda Sindx çayının daşması nəticəsində onlarla şəhər və kənd sular altında qalıb. "ANS PRESS"in məlumatına görə, təxminən 150 min insan yuxarı səviyyədə yerləşən ərazilərə köçməyə məcbur olub. Rəsmilər suyun bir neçə gündən sonra geri çəkiləcəyini hesab edir. Sel və daşqınlar yolları, körpüləri dağıdıb və həyati əhəmiyyəti olan məhsulları məhv edib. Artıq 600 min insan Sindx əyalətindəki düşərgələrdə qalırlar.

Ümumilikdə sel və daşqınlar Pakistan ərazisinin beşdə birinə zərər vurub. Altı milyon insan evini itirib. 20 milyon insan isə zərər çəkib. İqtisadi zərərin milyardlarla dollar olacağı hesab edilir. Ölkənin elektrik enerji təminatını ödəyən Lal Pir terminalı sular altında qalıb. Novşirdəki tibbi xəstəxanada işləyən heyət yaralıları, xəstələri müalicə etmək üçün daha çox dərman və tibbi ləvazimata ehtiyac olduğunu bildirir.

BMT-nin Qaçqınlar üzrə ali komissiyası Novşir bölgəsində 500 ailə üçün müvəqqəti yaşayış vasitələrilə təmin etdiklərini bildirirlər. Dünya Səhiyyə Təşkilatı daşqınlar nəticəsində ölkədə 200-dən artıq xəstəxananın və səhiyyə ocağının dağıldığı haqda məlumat verib. Sindx çayının suyunun qalxması ilə təxminən 150 min insan kütəlvi olaraq yerlərini dəyişib. BMT-nin Ərzaq proqramının Pakistan üzrə lahiyyə rəhbəri Folfqanq Herbinqer sel nəticəsində ətraf aləmdən təcrid olunan insanlara yardım etmək üçün daha 40 helikopterə ehtiyac olduğunu bildirib. Təxminən 80 milyona qədər insanın su, sığınacaq və həkimə ehtiyacı var. Daşqınların Pakistanın ümumi daxili məhsulunun 1 faiz aşağı düşməsinə səbəb olacağı bildirilir. Ümumilikdə sel və daşqınlar nəticəsində ölkə iqtisadiyyatının 20 faizini təşkil edən kənd təsərrüfatı ciddi zərər görüb. Pambıq sahələrinin də sular altında qalması tekstil sənayesinin də zərər çəkməsinə səbəb olub. Artıq ölkədə tərəvəzin, ətin və gündəlik məhsulların qiymətində ciddi yüksəliş müşahidə edilir. Bu arada Özbəkistan da Pakistana hümanitar yardım göndərib.

В этом разделе