8 nəfər ölüb, 10-dan çox yaralı var
Pakistanın cənub-qərbindəki Belucistan əyalətinin Kvetta şəhərində şiələrə hücum olub. Bir qrup silahlı şəxs parklarından birində raket və avtomatla şiələrə atəş açıb. Nəticədə azı 8 nəfər ölüb, 10-dan çox adam yaralanıb-ANS PRESS "Accociated press"ə istinadən xəbər verir.
Şəhərin polis rəisi Həmid Şakil bildirib ki, hadisə 50-yə yaxın adamın futbol meydançasında məşq etdiyi vaxt baş verib. Radikal sünni hərəkatlarından birinə aid olduğu ehtimal edilən şəxslər hadisə yerindən uzaqlaşa biliblər.
Qeyd edək ki, Pakistanda radikal sünni qruplaşmalarının şiə icmasına hücumları nəticəsində son illərdə yüzlərlə şəxs həlak olub.