Hücümda “əl-Qaidə”nin Pakistan briqadasının əli olması güman olunur
Pakistanın cənubunda Kəraçi şəhərində naməlum silahlıların hərbi bazaya silahlı hücümu nəticəsində azı 4 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Ölənlərin sayının artacağı istisna olunmur. Silahlıların hücumu hərbi bazada güclü partlayışın törədilməsi ilə başlayıb-ANS PRESS xəbər verir.
Partlayış nəticəsində birləşmiş ştatlar tərəfindən Pakistana verilmiş 1 ədəd Orion tipli təyyarənin də sıradan çıxdığı deyilir. Pakistanın baş naziri Yusif Rza Gilani silahlıların son hücumunu pisləyərək bunun Pakistanı ekstremizmlə mübarizə aparmaqdan çəkindirməyəcəyini bildirib. Faktla bağlı məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib. Lakin hücümda “əl-Qaidə”nin Pakistan briqadasının əli olması güman olunur. Son müraciətlərinin birində qruplaşma mayın 2-də Abbotabad şəhərində öldürülmüş liderləri Üsamə bin Ladenin intiqamını alacaqlarına vəd vermişdi.