Pakistanda NATO üçün yük daşıyan konvoya edilən iki terror hücumu nəticəsində ən azı 16 nəfər həlak olub. NATO-ya məxsus 10 avtomobil sisterni yandırılıb
Bu barədə “CİO TV” telekanalı polisə istinadən xəbər verir.
KİV-in məlumatına görə, ilk terror aksiyası mayın 21-ə keçən gecə, Pakistanın şimal-qərbində Landikotal rayonunda baş verib. Həmin vaxt yanacaqla dolu avtomobillər Əfqanıstan istiqamətində hərəkət edirdi. İlkin məlumatlara görə, konvoyun getdiyi yolda partlayış qurğusu işə düşüb. Güclü partlayış nəticəsində altı nəfər həlak olub. Bu xəbəri SalamNews "RİA Novosti"yə istinadən yayıb.
Bir neçə dəqiqə sonra yaxınlıqda yerləşən Torxam sərhəd keçid məntəqəsində daha bir avtosistern partladılıb. Heç kim xəsarət almasa da yanacaqla dolu üç maşın yanıb.