PAKİSTANDA MƏSCİDƏ BOMBALI HÜCUM: 40 NƏFƏR ÖLÜB

Şimali Qərb Cəbhəsi Əyalətində bir məscidə qarşı bombalı hücum nəticəsində, ən azı 40 nəfərin öldüyü bildirilib.

Pakistanın Şimal Qərb Cəbhəsi Əyaləti, Yuxarı Dir bölgəsində Cümə namazı zamanı məscidə edilən bombalı hücum nəticəsində, təxminən 40 nəfər ölüb.

Yuxarı Dir hökumət nümayəndəsi Atif ur Rəhman, etdiyi açıqlamada, "Təxminən 40 nəfər ölüb. Neçə nəfərin yaralandığı mövzusunda hələ məlumatımız yoxdur." deyib.

Reuters

В этом разделе